Fazil Məmmədovun Vergilər Nazirliyindəki yüksək vəzifəli yeznəsi İŞDƏN ÇIXARILDI
Keçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsi işdən çıxarılıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ötən həftə vəzifəsindən kənarlaşdırılıb.
Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvələr Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.