NATO rəsmisi: “Bakı və Yerevan NATO sülhməramlılarının Qarabağda yerləşdirilməsini istəsələr bunu müzakirə edə bilərik” – AÇIQLAMA

nato qarab.jpg

 

“Əgər Ermənistan və Azərbaycan, həmçinin digər tərəflər NATO sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsini istəsələr, bu müzakirə edilə bilər”.

Strateq.az  bildirir ki, bu sözləri NATO-nun Cənubi Qafqazda olan əlaqə zabiti Uilyam Laxyu Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, NATO sülhməramlılarının münaqişə bölgəsində yerləşdirilməsi maraqlı konsepsiyadır. “ Amma bu məsələ NATO-nin hədəflərinə daxil deyil. Əgər tərəflər istəsələr bunu müzakirə edə bilərik”.

Laxyunun sözlərinə görə,  Dağlıq Qarabağ münaqişəsində olan tərəfləri silahla təchiz edən istənilən ölkə bu konfliktin davam etməsinə kömək edir.

“Bu problem bütün regiona təsirini saxlamaqla təkcə təhlükəsizliyə deyil, həmçinin regionun gələcək iqtisadi inkişaf prosesinə mənfi təsir edir”, -deyə NATO rəsmisi vurğulayıb.(Azərtaym.az)






Fikirlər