Zakir Həsənov əmr verdi- VETERANLARLA BAGL

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib.

AzerTaym.az. xəbər verir ki, əvvəlcə Böyük Vətən müharibəsi veteranları 9 May Qələbə Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin şəxsi heyəti adından təbrik edilib.
Sonra qələbənin 72-ci ildönümü ilə əlaqədar veteranların mükafatlandırılması haqqında müdafiə nazirinin əmri oxunub və onlara hədiyyələr təqdim olunub.
Təşkilatın sədri, istefada olan general-mayor Dadaş Rzayev və çıxış edən digər veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.

 






Fikirlər