Sabah hAVA ÇİSKİNLİ OLACAQ

Sabah hava çiskinli olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “AzərTaym”a daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 18-22, Bakıda gecə 11-13, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.  

Tibbi-meteoroloji proqnoza görə isə oktyabrın 25-dən 26-sı gündüzədək Abşeron yarımadasında arabir güclənən cənub küləyinin üstünlüyü əksər meteohəssas insanlarda narahatlıq yarada bilər.






Fikirlər