Daha 4 rayonda bəzi adlar DƏYİŞDİRİLƏCƏK
“Milli Məclis yanında Toponomiya Komissiyasının sonuncu iclasında Azərbaycanın 1 şəhərində və 14 rayonunda 27 yaşayış yerinin adının dəyişirilməsi ilə bağlı məsələyə baxılıb və müvafiq qərar qəbul edilib”. Deputat bildirib ki, Azərbaycanın 1 şəhərində, 14 rayonunda 27 yaşayış yerinin adının dəyişirilməsi ilə bağlı məsələ Milli Məclisin yaz sessiyasında plenar iclasa çıxarılacaq. “Hazırda isə Azərbaycanın 4 bölgəsindən yer adlarının dəyişdirilməsi ilə bağlı Toponomiya Komissiyasına müraciətlər daxil olub. Hazırda həmin müraciətlərə baxılır”. Qeyd edək ki, Toponomiya Komissiyası sonuncu iclasında Yevlax, Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Oğuz, Saatlı, Samux , Şəmkir rayonlarında olan bəzi yaşayış yerlərinə öz tarixi adlarının verilməsi ilə bağlı təkliflərə baxılmışdı”.
Bunu Toponomiya Komissiyasının sədri, deputat İsa Həbibbəyli Modern.az-a açıqlamasında deyib.