Şuranın “QARA SİYAHI”sına düşən QHT-lər: “Bu il heç kimə GÜZƏŞT OLMAYACAQ!” - SİYAHI

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hər il “qara siyahı” tərtib edir. Nəticədə Şura həmin QHT-lərə maliyyə dəstəyi göstərməyərək, onlardan layihə də qəbul etmir.

Maraqlıdır, Şuranın “qara siyahı”sına sonuncu dəfə nemə QHT-nin adı salınıb? Onlar hansılardır?
Bununla bağlı Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Modern.az-a açıqlama verib:

“Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan layihələrin Katiblik tərəfindən qiymətləndirməsi olur. Hər bir təşkilatın layihəsi  4 əməkdaş tərəfindən qiymətləndirilir. Proqram üzrə koordinator, proqram üzrə bölmə rəhbəri, mühasib və baş mühasib.  Bunun üçün konkret qiymətləndirmə cədvəli mövcuddur. Bizim müəyyən etdiyimiz normalara görə, 50 baldan az toplayan layihələr “qeyri-kafi”, 50-dən 70-ə qədər layihələr “kafi”, 71-dən 90-na qədər layihələr “yaxşı”, 91-dən 100-ə qədər olan layihələr “əla” qiymətləndirilir.

Bu qiymətləndirmə əsasında 2017-ci ildə 7 təşkilat 50 baldan az bal toplayıb. Həmin təşkilatlar əsasən müqavilə şərtlərinə əməl etmədiyinə görə, eyni zamanda  layihə üzrə nəzərdə tutulan fəaliyyəti tam şəkildə yerinə yetirə bilmədiyi üçün belə bir qiymət alıblar. Həmçinin, Şura onlara ödənilən digər məbləği, yerinə yetirmədiyi işlərin vəsaitini kəsib. Təbii ki, bu onların növbəti ildə Şura ilə münasibətdə müəyyən təsirlər yaradacaq”.

F.Qurbanov qeyd edib ki, QHT-lər yenidən müraciət etsələr belə, Şura onların “qeyri-kafi” qiymət aldığını mütləq nəzərə alacaq:

“Hesab edirik ki, qeyri-hökumət təşkilatları ilk növbədə müqavilə öhdəliklərini yerinə yetirməlidirlər. Onlar öz məsuliyyətini dərk etməli və onu tam şəkildə yerinə yetirməlidirlər. Belə olmadığı halda Şura bu ildən heç bir təşkilata güzəşt etməyəcək. Bu mesaj həm də layihələrin icra olunmasına da aiddir. Əgər 2017-ci ildə xırda qüsurları olan bəzi QHT-lərə müəyyən qədər konsultativ yardımlar təşkil etməklə onların qüsurları nəzərə alındısa, bu il belə şeylər olmayacaq. Bu il müqavilə öhdəliklərinə əməl etməyənlər ciddi şəkildə məsuliyyətə cəlb olunacaq”.

Modern.az saytı  2017-ci ildə “qeyri-kafi” qiymət alan QHT-lərin siyahısını təqdim edir.

 

 






Fikirlər