Bələdiyyə seçkilərində saat 10:00-dək olan seçici fəallığı AÇIQLANDI (YENİLƏNİB)
08:30 Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsverməyə start verilib. "AzerTaym.az" "Report"a istinadən xəbər verir ki, 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Seçici siyahılarına adları daxil edilən 4 972 356 seçici səs verəcək. Adlarını seçici siyahısında tapa bilməyən vətəndaşlar isə şəxsiyyət vəsiqəsini təqdim etməklə səs verə bilərlər. Seçkilərdə 13 siyasi partiya iştirak edir, 41 462 namizəd qeydiyyata alınıb. Seçki prosesini izləmək üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Bu, məntəqələrin 20 faizini təşkil edir. Həmin məntəqələrdəki səsvermə prosesini dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. Seçkiləri izləmək üçün 52 636 müşahidəçi qeydə alınıb. Habelə, seçkiləri izləmək üçün 17 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Eyni zamanda, bu ilk dəfə olaraq yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri "çip oxuyan” cihazlarla təmin edilib.