Nizami Rayonunda qocalar və şəhid ailələrinə ərzaq yardımı GÖSTƏRİLİB...
Aztəminatlı ailələrin, əlillərin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin sosial və məişət problemlərinin həlli, sosial müdafiələrinin gücləndirilməsi və həyat səviyyələrinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir. Ölkədə koronavirus infeksiyasının yayılması ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi, 65 yaşdan yuxarı insanlara evdən çıxmağın qadağan edildiyi bir dövrdə həmin kateqoriyadan olan insanların diqqətə daha çox ehtiyacı vardır. Onların ehtiyaclarının qismən ödənilməsi məqsədilə 31 mart 2020-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları 10 ailə olmaqla tənha qocalar və şəhid ailələrinin evində olublar və onların problemləri dinlənilib, ərzaq yardımı göstərilib. Aztəminatlı ailələr göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.