Lalə Azərtaş "Xəzər TV"yə gedir? - VİDEO - YENİLƏNİB
Aparıcı Lalə Azərtaş uzun müddətdir çalışdığı ATV telekanalı ilə yollarını ayırması barədə yayılan məlumata münasibət bildirib.
Yeniavaz.com Axşam.az-a istinadən xəbər verir ki, aparıcı iş yerini dəyişmək qərarını alıb. Bildirilir ki, Lalə yaxın günlərdə efirə “Xəzər” telekanalında çıxmağa başlayacaq. O, sözügedən telekanalın rəhbəri Murad Dadaşovdan gələn təklifi müsbət dəyərləndirib və tərəflər arasında razılıq baş tutub.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkədə videoaçıqlama yayımlayıb.
“Səhər açılandan mənim telefon zənglərim susmur. Təbrik edənlər də var “Lalə axı niyə?”, sualını verənlər də. Bəzi saytlar belə bir başlıqla xəbər paylaşıblar ki, “Lalə Azərtaş da Xəzər TV-ni seçdi”, və ya “Lalə Azərtaş uzun illər çalışdığı ATV-dən ayrıldı”. Baxın, mən də mətbuat işçisiyəm, tamaşaçımıza xəbəri ötürmədən öncə təsdiqlədirik. Amma bu dəfə əksinə oldu, xəbəri yazıb mənimlə təsdiqlətmək istədiniz. Mən təbii ki, uyğun deyildim zənglərinizə cavab verə bilmədim.
18 ildir ATV-də bir xəbər aparıcısı kimi formalaşmışam. Bura mənim ikinci deyil, birinci evimdir. 18 il orada çalışmışamsa, bu o demək deyil ki, bundan sonra 18 il də orada çalışacam. Özümüz üçün hədəf seçirik sə, təbii ki, burada irəli getmək, iş dəyişmək kimi seçimlər var. Mən də bir gün ATV-dən gedə bilərəm. Təbii ki, bu qərar varsa, ATV-dən getmişəmsə, kanalın prezidentinə məlumat verəcəm. Xəzər TV-nin efirində məni görməyinizdə qeyri-adi bir şey yoxdur, bəli, bu, mümkündür. Amma cavabım bu gün üçündür. Mən hər birinizi “ATV xəbər”də gözləyirəm. Sizin studio bələdçiniz yenə də Lalə Azərtaş olacaq. Yenə də sizlərə ATV-dən “Axşamınız xeyr” deyəcəm” - L.Azərtaş qeyd edib.
***10:07
“ATV Xəbər” proqramının aparıcısı Lalə Azərtaş uzun illər sonra çalışdığı telekanalla yollarını ayırır.