18 yaşlı şəhidimiz Anar Kazımovun yaxınları danışır: "Axırıncı dəfə zəng edəndə dedi ki..." (Fotolar, Video)
Xəbər verdiyimiz kimi bu gün sabah saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin ordumuzun mövqelərinin atəşə tutması nəticəsində Laçın şəhəri istiqamətində şəhid olan əsgərimiz Anar Kazımovun doğulduğu Şəmkir rayon Qaracəmirli kəndində yaşadığı evdə dəfn mərasiminə hazırlıq işləri başlayıb. “Şəhidimiz Anar Kazımovla vida mərasiminə hazırlıq işləri görülür. Onun doğulub boya-başa çatdığı Şəmkir rayonun Qaracəmirli kəndində yas çadırı da qurulub. Artıq şəhidimiz evinə insanlar axın-axn gəlir.Şəhidimizin nəşi təxminən axşam saatlarında gətiriləcək. Sabah saat 12-radələrində torpağa tapşırılacaq.Artıq müqəddəs sayılan bu evə ziyarət axınıdayanmır. Blgədə yaşayan insanlarn bir çoxu bu evə gəlir və şəhidimiz ailəsinə baş sağlığı verirlər.”
VİDEO 2004-cü dünyaya gələn Anar Kazımov ailənin üçüncü övladından ikisi olub. Özündən böyük qardaşı və balaca bacısı var. Şəhidimiz atasını itirdiyindən anasının himayəsində böyüyüb. Orta məktəbi bitirdikdən sonra isə hərbi xidmətə yollanıb.Ailəsi və yaxınları bildirir ki, xidməti dövründə şəhidimiz hər zaman xidmətindən razı olub.
Məlmat üçün bildirək ki, şəhidimiz bu gün Qaracəmirli kənd qəbristanlığında torpağa tapşırılacaq.