Konstitisiya Məhkəməsi seçki ilə bağlı yığışır
Noyabrın 24-də saat 09:30-da Konstitusiya Məhkəməsinin binasında parlament seçkiləri ilə bağlı toplantı olacaq. Azərtaym.az
MSK-nın Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə bağlı xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası keçiriləcək.
Xəbəri Konstitusiya Məhkəməsinin saytı yayıb.
Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçirilib.
Yeni seçilən deputatların siyahısı Konstitusiya Məhkəməsinə noyabrın 21-də göndərilib. Qanunvericiliyə görə, Konstitusiya Məhkəməsi sənədləri aldıqdan sonra 10 gün müddətində seçkinin nəticələrini təsdiq etməlidir.