Arif Babayevdən kövrək ETİRAF: “Çox darıxıram, onu daha çox istəyirəm”-FOTO

Arif Babayevdən kövrək ETİRAF: “Çox darıxıram, onu daha çox istəyirəm”-FOTO

“Həsrətini çəkdiyimiz, həsrətlə əzizlədiyimiz torpağımıza baxa-baxa qalmışdıq. Ürəyimdə fikirləşirdim ki, nə vaxtsa torpaqlarımız düşməndən azad ediləcək. Cənab prezidentimiz çox böyük iş gördü. İllərdir alına bilməyən torpaqlarımızı geri qaytardı, insanlar öz yurd-yuvalarına qayıtdılar. Bu günlərdə cənab prezident Xankəndinə getdi, orada matç izlədi. İllər sonra məhz o stadionda ilk futbol oyununu cənab prezident başlatdı. Bütün bu görüntüləri izləyəndə kövrəlməmək, qürurlanmamaq mümkün deyil. Allah xalqımızı, millətimizi qorusun”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Babayev deyib. O daha sonra əlavə edib.
 
“Şükürlər olsun ki, təzə illəri öz yurd-yuvamızda qarşılayırıq. Artıq bütöv bir Azərbaycanın vətəndaşlarıyıq. Ağdamın Sarıhacılı kəndində böyüyüb boya-başa çatmışam. Orada iki mərtəbəli evim qaldı. Hansı ki, o evdə bülbüllər cəh-cəh vururdu. Daha sonra Bakıya gəlib, təhsil aldım. Yadımdadır, öncə Filarmoniyaya, daha sonra isə Akademik Opera və Balet teatrına dəvət aldım. Ancaq baş rollarda çıxış edirdim. 21 yaşımdan səhnədəyəm. Sənəti, səhnəni özümə vacib bilmişəm. Bu gün bir ordu tələbələrim var. Hansı yaxşı oxuyursa o tələbəmi daha çox istəyirəm (gülür). Bəzən onlardan da inciyirəm. Elələri var ki, efirdə oxuyub adımı çəkmirlər. Səhhətimə görə artıq pedaqoji fəaliyyətlə məşğul ola bilmirəm. Çox darıxıram. Bütün günü evdəyəm, səhhətim bəzən sözümə baxmır. Artıq mən ömrümün yarısını yaşamışam, gənclər yaşasın, yaratsın” deyə sənətkar bildirib.






Fikirlər