“Arzumuz budur ki, bir gün Şuşada, Natavan bulağından ailənizlə birgə çay içək” -Qasımova bacıları prezidenti təbrik etdi

“Arzumuz budur ki, bir gün Şuşada, Natavan bulağından ailənizlə birgə çay içək”-Qasımova bacıları prezidenti təbrik etdi+ÖZƏL+FOTO

“Bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ad günüdür! Vətənimizin bütün  şəhərlərindən, bölgələrindən, hətta digər ölkələrdən ona təbriklər gəlir. Biz-Fidan və Xuraman Qasımovalar bütün təbriklərə qatılaraq, ona möhkəm can sağlığı arzu edirik”
 
Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordeni Xuraman Qasımova deyib. O daha sonra əlavə edib.
 
“2023-ci il Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubiley ili idi, eyni zamanda da digər mühüm hadisərlə fərqlənirdi. 20 ildir ki, İlham Əliyev ölkəmizə rəhbərlik edir. Ulu Öndər belə bir məsuliyyətli işi ona həvalə edərək "ona özüm qədər inanıram" demişdi. Heydər Əliyevin Azərbaycana ilk başçılıq etdiyi dövdən böyük strateji planları var idi. O arzulayırdı ki, Azərbaycan bütün sahələrdə inkişaf edərək dünyada ən qabaqcıl və zəngin ölkələr sırasına daxil olsun. Bunun üçün çox böyük işlər görürdü. Canından keçməyə belə hazır idi. Bir tək onu narahat edən problem Qarabağımızın, torpaqlarımızın zəbt olunması idi. Amansız xəstəlik imkan vermədi ki, Heydər Əliyev arzusunu sona çatdırsın. 1994-cü ildən 2002-ci ilə qədər biz Ulu Öndərlə onlarca ölkələrdə birgə rəsmi səfərlərdə olmuşuq. Onun vətəninin həqiqətlərini dünya ölkələrinin rəhbərlərinə həyəcanla çatdırdığını görmüşük, qürurla izləmişik. Bəli, o bir çox arzularını həyata keçirə bilmədi. Həyatdır... Amma Heydər Əliyevin qanadları altında tərbiyə alan oğlu böyüyürdü. Bəli, ona inanırdı, lakin dünyada çox böyük proseslər gedirdi. Çox ölkələrin gözü bizim zəbt olunmuş torpaqlarımızda idi. Belə bir zamanda ataya verilən sözü həyata keçirmək heç də asan deyildi. Amma İlham Əliyevin apardığı siyasət nəticəsində xalqımız cəsarətini, şücayətini, ordumuz qəhrəmanlığını göstərdi. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xaqımızın cəsur övladları torpaqları geri almağı bacardılar. İlham Əliyev atasının 100 ilinə yalnız bu qələbələrlə gələ bilərdi. Nəhayət "Qarabağ Azərbaycandır” şuarı gərçəkləşdi. Bu il İlham Əliyev həqiqətən də çox böyük qürür hissi ilə həm atasının məzarını ziyarət etdi, həm də Zəfər gününü qeyd etdi. Çünkü Qarabağın bütün  şəhərlərinin üzərində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Sənət adamları, biz də daxil olmaqla çox xoşbəxtik ki, Azərbaycan mədəniyyətinin  və musiqisinin beşiyi sayılan Şuşa şəhəri azaddır və vətənimizin musiqi paytaxtı elan olunub. Artıq orada böyük mədəni tədbirlər, musiqi festivalları keçirilir. Hörmətli prezidentimizi, onun bütün ailə üzvlərini, sadiq, hər zaman yanında olan Mehriban xanımı səmimi qəlbdən təbrik edirik. Qarabağda bu günə qədər böyük işlər görülüb və bu işlər davam etdirilir. Arzumuz budur ki, bir gün Şuşada, Natavan bulağından ailənizlə birgə çay içək. Özü də atanızın sevdiyi qızıl gül mürəbbəsi ilə. Siz axı atanız kimi sənət insanlarına qayğınızı əsirgəmirsiz, sənətçilərin dostusunuz. Çox yaşayın, hörmətli prezidentimiz” deyə sənətkar bildirib.






Fikirlər