Magistral avtomobil yollarında görünüş məsafəsi 1-2 km məhdudlaşacaq - XƏBƏRDARLIQ
Aərbaycanın magistral avtomobil yollarında görünüş məsafəsi 1-2 km məhdudlaşacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Bildirilib ki, ölkə ərazisində qarlı, şaxtalı və çovğunlu hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin fevralın 22-si səhərədək 1-2 km-dək məhdudlaşacağı, havanın temperaturunun daha 5 dərəcə enəcəyi gözlənilir. "Qarlı, şaxtalı və çovğunlu hava şəraiti ilə bağlı yolların buz bağlayacağını nəzərə alaraq sürücülərin ehtiyatlı və məsuliyyətli olması tövsiyə olunur. Xoşagəlməz halların baş verməməsi üçün Milli Hidrometeorologiya Xidməti tərəfindən ardıcıl olaraq verilən hava xəbərdarlıqlarına, çağırışlara və tövsiyələrə əməl olunması vacibdir", - məlumatda qeyd olunub.