22.01.2014. - Ekologiya Nazirliyi: "Qarlı şaxtalı aylar gəlir"
AzerTaym.az bildirir ki,bunu ANS-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev söyləyib. O, qeyd edib ki, gün ərzində əsasən hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Paytaxt və yarımadada yanvarın 22-dən 23-nə keçən gecə bəzi yerlərdə çiskin, səhər saatlarında duman olacağı, gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam isə havanın tutulacağı gözlənilir.
Yanvarın 23 və 24-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz olacaq: “Yanvarın 23-dən 24-nə keçən gecə qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı gözlənilir. Dağlıq və dağ ətəyi rayonlara qar yağacaq”.
A.Verdiyev bildirib ki, fevral və mart aylarında qar yağması müşahidə olunacaq.