Hakim Yeni Azərbaycan Partiyasının(YAP) üzvü, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov atasına məktub yazıb.
Musavat.com-un məlumatına görə, R.Səfərov sosial media vasitəsi ilə paylaşdığı məktubunda bildirib: “Eldar Sabiroğlu, qocaldın. Gözlərimin önündə saçların ağardı. Sənin “kişilik məktəb”ində ciddi dərs aldım. Bir bilsən ki, sənin kimi atam olduğuna görə necə xoşbəxtəm. Bir duysan da... Əzizim ata, səni 59 yaşın olması münasibəti ilə təbrik edir, can sağlığı, həyat yoldaşın Tahirə xanımla birgə gözəl günlər arzu edirəm. Sabiroğlu, yəqin edirəm ki, həyatda ən şirin şey canın olduğuna inanarsan... And olsun yeri və göyü yaradana ki, Səni canımdan çox sevirəm!”
Xatırladaq ki, Rüfət Səfərov prokurorluq orqanlarından istefa verərək, ölkə hakimiyyətinin ünvanına sərt bəyanatla çıxış etmişdi.
Fikirlər