Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb

Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb

Bakı şəhərində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti ilə əlaqədar avtonəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə iki avtomobil yolunda sürət həddi aşağı salınıb. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumata görə, Böyükşor-Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində yolda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.
"Eyni zamanda, Zığ dairəsi-Aeroport avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, axırıncı zolaqda isə 100 km/saatdan 80 km/saata endirilib", - deyə BNA-nın xəbərində qeyd edilib.

 






Fikirlər