05.08.2014- «London taksi»sini belə qovub tutdular – VİDEO

05.08.2014- «London taksi»sini belə qovub tutdular – VİDEOYol polisinin gözü qarşısında baş verən özbaşınalıq ətrafdakı insanların həyatına təhlükə yaradıb.

Xəbər verdiyimiz kimi, son günlər Bakıda «London taksi»ləri Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançalarına aparılır. Buna səbəb isə həmin taksilərin Gömrük Komitəsinə külli miqdarda borcunun yaranmasıdır. Belə ki, «Bakı Taksi» MMC 500 taksinin gömrük rüsumunu ödəmədiyi üçün məsələ bu həddə çatıb. MMC-nin Gömrük Komitəsinə 3 milyon manat borcu yaranıb. Bunun 2 milyon manatı 500 taksi üçün gömrük rüsumu, 1 milyon manatı isə rüsumu ödənilməmiş maşınların istismarı ilə bağlıdır. Artıq günə yaxındır ki, DGK əməkdaşları Bakıda kütləvi reydlərə başlayıb və nömrə nişını 506-dan yuxarı olan bütün «London taksi»ləri saxlanılaraq cərimə meydançalarına aparılır.
Bu video isə gömrük əməkdaşlarının taksini necə saxlamasını əks etdirir. Videodan aydın olur ki, DGK əməkdaşları heç bir təhlükəsizlik qaydasına əməl etmətən «London taksi»sini təqib edirlər. Yüksək sürətlə maşınların arasında hərəkət edən taksi və DGK maşını hətta bir neçə yerdə svetaforun qırmızı işığından da keçir. Üstəlik, ən maraqlısı budur ki, bütün bu proseslər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının gözü qarşısında baş verir.
Sözün düzü, hətta yol polisləri də bu cür avtomobil təqib etmirlər. Amma gömrük işçilərinin qəza şəraiti yaradaraq təhlükəli vəziyyətdə taksini qovması və yol polisinin də bunu sakit seyr etməsi maraq doğurur.
Kadrlardan da aydın görünür ki, DGK-nə məxsus olan 90-AG-476 maşın şəhər boyu «London taksi»sini heç bir yol qanunlarına məhəl qoymadan təqib edir. Sonda tıxacda taksiyə çatır. Videonun 40-ci saniyəsində avtomobildən düşən DGK təmsilcisi taksiyə oturur və digər təmsilci ilə bərabər taksi sürücüsünə fiziki güc tətbiq edirlər. Daha sonra isə taksini özləri idarə edərək aradan çıxırlar.

.
Qeyd edək ki, bu hadisə iyulun 31-də saat 11:02 radələrində «Sahil» metrostansiyasının yaxınlığında baş verib.







Fikirlər