Daha bir sahədə durğunluq rəsmən təsdiqləndi – İstehsal DAYANDI

yuk-avtomobili

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 19,4 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 66,2% azalıb, sair nəqliyyat vasitələrinin istehsalı 25,6% artıb.

Belə ki, bu ilin mart ayının 1-nə 121 ədəd hazır minik avtomobili ehtiyatı yaranıb. Bu ilin iki ayı ərzində ölkədə yük avtomobili istehsalı olmayıb.

Bundan başqa, bu ilin iki ayı ərzində 370 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Bu da əvvəlki ilin 2 ayı ilə müqayisədə 37 dəfə çoxdur. Nəticədə bu ilin martın 1-nə 204 ədəd hazır məhsul ehtiyatı yaranıb. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda traktor istehsal edilməyib.






Fikirlər