Metro yaxınlığında bahalı qəza: 440 minlik avtomobili dirəyə çırpdı - VİDEO

Metro yaxınlığında bahalı qəza: 440 minlik avtomobili dirəyə çırpdı - VİDEO

Londonda “Lamborghini Huracan” markalı lüks avtomobil dirəyə çırpılıb.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə iyulun 19-da səhər saatlarında “Wapping” metrostansiyası yaxınlığında baş verib.

Şahidlərin bildirdiyinə görə, adı hələlik məlum olmayan sürücünün yüksək sürətlə idarə etdiyi “Lamborghini” döngədə idarəetmədən çıxaraq dirəyə çırpılıb.

Zərbənin təsirindən dirək aşıb, avtomobilin sol ön hissəsinə isə ciddi zərər dəyib və tüstüləməyə başlayıb.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.

Kadrlarda, bir nəfərin avtomobildən qaçdığı görünür, lakin onun sürücü, yoxsa yoldan keçən şəxs olduğu məlum deyil.

Qeyd edək ki, “Lamborghini Huracan”ın qiyməti xüsusi versiyadan asılı olaraq dəyişir, bu cür versiyası isə təxminən 200.000 funt sterlinq (440.000 manat) dəyərində qiymətləndirilir.

Hazırda qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.

The man runs off clutching some items down a side street

 






Fikirlər