“Durov Azərbaycanda Putinlə görüşüb” – ŞOK İDDİA...

“Pavel Durov Azərbaycanda Putinlə görüşüb”.

“AzPolitika” xəbər verir ki, bunu keçmiş KQB və Rusiya kəşfiyyatının əməkdaşı Sergey Jirnov “News.LIVE”- ə şərhində bildirib.

O, qeyd edib ki, Putinin mətbuat katibi Dmitri Peskovun sözügedən görüşün baş tutmasını inadla inkar etməsi onu belə bir nəticəyə gəlməyə vadar edib.

“Peskov Ukrayna qoşunlarının Kurskdakı əməliyyatı ilə bağlı məzuniyyətdən qayıtmadı. Birləşmiş Ərəb Əmirliklərində və ya Türkiyədə hardasa qumda günəşlənməyə davam etdi. Sonra o, çıxıb dedi ki, Pavel Durov Azərbaycanda Putinlə görüşməyib, ona bunu təklif etməyiblər”, - deyə keçmiş rus kəşfiyyatçısı qeyd edib.

Jirnov Peskovun açıqlamalarının doğruluğuna şübhə etdiyini bildirib. O, əmindir ki, bu cür bəyanatlar çox vaxt real hadisələri gizlədir: “Peskov “yox” dedikdə, bu, “hə” anlamına gəlir”.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda olan “Telegram”-ın qurucu Pavel Durov 24 avqust tarixində Fransada saxlanılıb. Ona qarşı terrorçuluq, dələduzluq, narkotik alveri də daxil olmaqla, çoxsaylı ittihamlar irəli sürülüb.






Fikirlər