Dəmlikdə qalan çayı atmayın -Faydası inanılmazdır

Dəmdə qalan çayla nələr edə biləcəyinizi təqdim edirik:

Saçınız solğundur?
Saçınızı şampunladıqdan sonra son olaraq su yerinə saçınızı ilıq çayla durulayın. Nəticə sizi təccübləndirəcək.
 Ayağınızdan qoxu gəlirsə
İlıq çay dolu vannaya ayaqlarınızı salın və hər axşam yatmazdan əvvəl 10 dəqiqə bunu edin.
Boğaz ağrılarınız var?
Soyuyan dəmdən boğaz ağrıları zamanı qarqara kimi istifadə edə bilərsiniz
Dəriniz çox yağlı olarsa
Duşdan çıxmamışdan əvvəl sonda su yerinə bir çaydan çay ilə dərinizi ovuşdurun. Sanki balzam vəzifəsini yerinə yetirəcək.
Dərinizdəki yaraların təmizlənməsində istitifadə edin
Çayı dərinizdəki yaraların təmizlənməsi və antibiotik təsir göstərməsi üçün pambıqla tətbiq edərək istifadə edə bilərsiniz.
Əlinizdən balıq ya soğan qoxusu gəlirsə
Balıq təmizlədikdən sonra əllərinizi sabunla yusanız belə bəzən balığın qoxusu əldinizdə qalır. Eyni proses soğan soyduqdan sonra da olur. Məhz buna görə, əllərinizi dəmli çayla yumaq məsləhətdir.
Soyuducunuzdan qoxu gəlir?
Dəmdə qalmış çayı qurudub bir qabın içərisində soyuducunun orta rəfinə yerləşdirin. Qoxudan əsər əlamət qalmayacaq.

 






Fikirlər