28.06.2014.-Ramazan ayında bunlar vacibdir!

28.06.2014.-Ramazan ayında bunlar vacibdir!28.06.2014.-Ramazan ayında bunlar vacibdir!













Bu gündən, İyunun 28-dən etibarən müqəddəs RAMAZAN ayı başlayır.
11 ayın sultanı Ramazanın isti yay günlərinə təsadüf etməsi oruc tutanlar üçün çətinliklərə səbəb olur. Ramazan ayında sağlamlıq problemləri yaşamamaq üçün imsak və iftarda yediyiniz qidalara diqqət etməyiniz vacibdir.

"AzerTaym.az" Ramazan ayında sağlam qidalanmağınız üçün mütəxəssislərin tövsiyyələrini təqdim edir. Ramazanda imsak yeməyi sağlamlığımız üçün çox önəmlidir və buna mütləq əməl edilməlidir. 16 saat ac qalacağımız bu ayda sağlamlığınızda hər hansı bir problemin olmasını istəmirsinizsə imsak yeməyini mütləq yeyin. İftarda yeyilən ev yeməkləri, xəmir xörəkləri, plov, makaron və şirniyyatlar susuzluğu artırdığı üçün imsakda yeyilməməlidir. İmsakda toxluq hiss etdirən qidalara üstünlük verilməlidir.

İmsakda süd və ya qatıq, qaynadılmış yumurta məsləhət görülür. Xüsusilə duzsuz pendir istifadə edin. Orucunuzu mütləq xurma və su ilə açın. 16 saat ac qaldığınız üçün iftar zamanı ət, toyuq və ya balıq yeyə bilərsiniz. İftarda mədə problemi yaşamamaq üçün mütləq sulu yeməklərdən istifadə edin.


HİKMƏT QƏDİRLİ.






Fikirlər