Köçkünlərin yaşadığı yataqxana yandı - Bakıda/Foto

Köçkünlərin yaşadığı yataqxana yandı - Bakıda/Foto

Bakının Binəqədi rayonunun Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın baş verib.

Trend-in məlumatına görə, hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğının söndürülməsi üçün işlər görülür.
Hadisə baş verən zaman yanğın olan mənzilin sahibləri evdə olmayıblar. Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verməsi ehtimal olunur.
Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur.

 






Fikirlər