01.03.2014. - Bakıda universitet yataqxanası yandı: xəsarət alanlar var (FOTO

01.03.2014. -  Bakıda universitet yataqxanası yandı: xəsarət alanlar var (FOTOTibb Universitetinin 5 saylı yataqxanasında yanğın baş verib.
Bu gün səhər saatlarında Bakının Nəsimi rayonu ərazisində yerləşən Tibb Universitetinin 5 saylı yataqxanasında yanğın baş verib. Fövqəladə Halalr Nazirliyinin mətbuat xidmətindən ANS-ə verilən xəbərə görə, məlumat daxil olan kimi, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hadisənin yataqxananın 2-ci mərtəbəsində otaqların birində baş verdiyi bildirilir. Nəticədə yataqxanada msəkunlaşan tələbələr evakuasiya olunub.

Hadisə nəticəsində ölən olmasa da, tələbələrdən bir neçəsi yüngül xəsarət alıb. Hələlik hadisənin dəqiq başvermə səbəbləri bilinmir. Lakin ilkin ehtimala görə, yanğın elektrik qısaqapanmasından baş verib.

Fikirlər