Ərzaq sürətlə bahalaşır – RƏQƏMLƏR

 Картинки по запросу Ərzaq sürətlə bahalaşır – RƏQƏMLƏR

Ərzaq məhsulları daha sürətlə bahalaşır. 

Modern.az xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu deyib ki, bu tendensiyanı rəsmi məlumatlar da təsdiq edir:

“Dövlət Statistika Komitəsinin (DSK) son məlumatına görə, 2016-cı ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərinin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4 faiz bahalaşıb.

 2016-cı ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz artıb.

Rəsmi məlumatlardan göründüyü kimi, son ay ərzində ərzaq mallarının qiymətləri qeyri-ərzaq məhsulları və xidmətlərlə müqayisədə daha çox bahalaşmaya məruz qalıb”.

Q.İbadoğlu qeyd edib ki, ərzaq məhsullarının qiymətləri oktyabr ayı ərzində 2,3 faiz, 10 ay ərzində isə 13,4 faiz bahalaşıb:

 “DSK-nın inflyasiyaya dair məlumatları həmişə olduğu kimi indi də mövcud gerçəkliyi tam əks etdirməsə də tendensiyaları düzgün müəyyənləşdirməyə imkan verir.

 Odur ki, qərarlaşmış tendensiyalar, qiymətlər üzərində statistik müşahidələr və alternativ hesablamalar göstərir ki, yaxın dövrdə daha çox bahalaşma ərzaq malları və xidmətlər səbətində gözlənilir. Eyni zamanda Tarif Şurasının son qərarının perspektiv təhlili onu da göstərir ki, cari ildə yekun inflyasiya 12 faizi aşacaq. İkirəqəmli inflyasiyanın bazasında başlayan yeni ildə isə alıcılıq qabliyyətinin daha da azalması səbəbindən xüsusilə qeyri-ərzaq məhsullarının qiymətinin artım tempi aşağı düşəcək.

 Bu amil növbəti ilin birinci rübündə inflasiyanın ümumi səviyyəsinin azaldıcı təsir göstərsə də, gələn ildən inhisarçı şirkətlərin müraciətləri əsasında inzibati yolla tənzimlənən bir sıra tariflərin qaldırılması istehlak qiymətləri indeksini növbəti ildə də iki rəqəmli olacağını indidən proqnozlaşdırmaq üçün ciddi əsaslar yaradır.

Beləliklə də istehlakçılar gələn il ərzində də qiymətlərin bahalaşmasının yaratdığı əlavə xərcləri ödəmək məcburiyyətində qalacaq”.

 






Fikirlər