Qubada ayılar arıxanaya HÜCUM EDİB

Hidden-Bear-4-850x566-470x313

Qubada ayılar arıxanaya hücum edib.

“Report”un Şimal bürosu xəbər verir ki, hadisə Qubanın Cek kəndi ərazisində qeydə alınıb.
Arıçı Namiq Abidov “Report”a açıqlamasında bildirib ki, artıq 4-5 gündür ayı hər gün yaylaqda yerləşən arıxanaya hücum edir: “Ayılar 5 arı yeşiyini dağıdıb. Özümüz isə qorxudan çadırda qalmırıq. Hər gecə bu hücum təkrarlandığından, suni şamlar düzəldərək ayıları qorxuduruq. Artıq əvvəl dağdan 1 ayı gəlirdisə, dünən axşam arıxanaya 3 ayı hücum edib”.

 






Fikirlər