28.06.2014.- Ramil Usubov Qubada vətəndaşları qəbul edib.

28.06.2014.- Ramil Usubov Qubada vətəndaşları qəbul edib.Daxili işlər naziri Ramil Usubov iyunun 28-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan sakinlər iştirak ediblər.


Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün qəbulda iştirak edən aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Polis fəaliyyətinə aid olan müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapmış, digər ərizələrin aidiyyatı dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb.
Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 33 nəfər də qəbulda iştirak edib.
General-polkovnik Ramil Usubov onların arasından daha yararlı və hazırlıqlı olan gənclərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib.






Fikirlər