Şaxta baba 2 milyard hədiyyə paylayıb

Şaxta baba 2 milyard hədiyyə paylayıbYeni il ərəfəsində bütün dünyanı gəzən Şaxta baba artıq 2 milyarddan çox hədiyyə paylayıb. Azertaym.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Şaxta baba daha çox Çin, Yaponiya, Filippin, İndoneziya, Malayziya, Tailand, Avstraliya, Hindistan, Nepal və Banqladeşi gəzərək uşaqları sevindirib.

Antarktidada ABŞ-a məxsus olan “MakMurdo” stansiyasına da baş çəkən Yeni il müjdəçisi Rusiyanın Uzaq Şərq bölgəsinin demək olar ki, bütün şəhərlərində uşaqların qonağı olub.

Şaxta babanın öz turnesini yeni il axşamı ABŞ-ın Kolorado ştatında tamamlamaq fikrindədir.






Fikirlər