Yaponiya imperatoru TAXT-TACDAN əl çəkir
AzerTaym.az Ölkə.Az-a istinadən xəbər verir ki, 82 yaşlı Yaponiya imperatoru Akixito taxt-tacından oğlunun xeyrinə əl çəkmək fikrinə düşüb.
Bu barədə İmperator sarayı İdarəsi yaxın günlərdə bəyanat verəcək.
O səhhətində yaranan problemlərə görə artıq istirahətə çəkilmək istəyir.
Akixito 660-cı ildən bu yana Yaponiyanı idarə edən Naruxito imperator sülaləsinin 125-ci nümayəndəsidir.
O, hazırda dünyada hakimiyyətdə olan yeganə imperatordur.