29.07.2014- İŞİD İstanbulda cihada çağırış etdi - VİDEO

29.07.2014- İŞİD İstanbulda cihada çağırış etdi - VİDEOİŞİD-i tərifləyən bir sıra xəbər saytlarının yayımladığı görüntülərdə İstanbulun Ömərli səmtindəki piknik bölgəsində bayram namazı üçün toplanan sələfi qrup insanlara çağırış edib.

Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verilir ki, bayram namazı üçün toplaşan vəhabilər təbliğat xarakterli bir sıra çıxışlar edib. Kütləyə xitab edən pişnamaz tez-tez “cihad” sözünü işlətməsi ilə diqqət çəkib. Onun dediyi bir cümlə isə konkret olaraq İŞİD-in təbliğatına hesablanıb:
“Allahım, cihad edən səbirli mücahidlərə kömək ol, onları qələbəyə çatdır. Onları qoru və atəşlərini hədəfə çatdır"







Fikirlər