Alman lider Netanyahu ile goruşden imtina ETDİ

Almaniya kansleri Angela Merkel 10 mayda keçirlməsi nəzərdə tutulan Almaniya-İsrail sammitindən və Benyamin Netanyahu ilə görüşdən imtina edib.

 AzerTaym.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Haartez” məlumat yayıb.
Merkelin bu addımına səbəb kimi Almaniyada sentyabr ayında baş tutacaq seçkilər göstərilib. Lakin bəzi mətbuat orqanları bu addımın əsl səbəbini İsraildə “Fələstində özəl torpaq sahələrinin müsadirəsi” ilə bağlı qəbul olunan qərarla əlaqələndiriblər.
Qeyd edək ki, hər il ənənəvi olaraq İsrail və Almaniya liderləri arasında sammit keçirilir.






Fikirlər