14.01.2014. - 25 yaşlı türk Angela Merkelin yatağında yaxalandı

14.01.2014.  -  25 yaşlı türk Angela Merkelin yatağında yaxalandı Almaniyada 25 yaşlı türk gənci Almaniya kansleri Angela Merkelin yatağında yatmış halda yaxalanıb.
Bu barədə ANS PRESS Türkiyə mətbuatına istinadən məlumat verir. Məlumata görə, Volka T. Kanslerin şəxsi təyyarəsinə daxil olub.
Araşdırma zamanı maraqlı nüanslar ortaya çıxıb. Hadisə baş verən gün Volkan T. hərbi geyimdə Merkelin də şəxsi təyyarəsinin dayandığı Bonn hava limanının anqarına daxil olub. Şübhəli təyyarəni uçuş üçün hazır vəziyyətə gətirib.
Amma, o naməlum səbəblərə görə, uçmağa cəhd etməyib. Bundan sonra məlum olub ki, təhlükəsizlik qüvvələri təyyarəyə daxil olub və türk gənci kanslerin yatağında yatmış halda aşkarlayıb. Sonradan bəlli olub ki, Volkan T. şizofreniya xəstəliyindən müalicə olunur.
14.01.2014.  -  25 yaşlı türk Angela Merkelin yatağında yaxalandı14.01.2014.  -  25 yaşlı türk Angela Merkelin yatağında yaxalandı






Fikirlər