«Görüş çox yaxşı keçdi» – TRAMP

tramp

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Rusiya Federasiyasının (RF) xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra deyib ki, görüş çox yaxşı keçib və o, görüşdən məmnun qalıb.

Görüş bu gün (mayın 10-da) Vaşinqtonda – Ağ evdə baş tutub («Frans Press»).

«Görüş çox yaxşı keçdi» – deyə, agentliyin müxbiri ABŞ Prezidentindən sitat gətirib.

Qeyd edək ki, Rusiyalı diplomatla ABŞ Prezidenti arasındakı bu görüş 40 dəqiqəyə yaxın çəkib.






Fikirlər