İlkər Başbuğ sükutu POZDU

Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi İlkər Başbuğ "Sözçü" qəzetində aparılmış həbslərə münasibət bildirib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, istefada olan general Tvitter hesabında belə yazıb: "Sözçü" qəzetinə qarşı ediləni anlamıram və doğru saymıram".

Türkiyədə hüquq-mühafizə orqanları "Sözcü" qəzetinə qarşı əməliyyat keçirib.

Əməliyyat nəticəsində qəzetin sahibi Burak Akbay, internet üzrə məsul müdiri Melda Olgun, maliyyə məsələləri üzrə müdiri Yonca Kaleli və müxbir Gökmen Ulu həbs ediliblər.

Adı çəkilən şəxslər Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində saxlanılıblar.

 






Fikirlər