100-dən çox İŞİD-cini öldürən 24 yaşlı qıza 1 MİLYONluq VƏD!

100-dən çox İŞİD üzvünü öldürən 24 yaşlı tələbə qıza görə 1 milyon dollarlıq vəd -

Coanna Palani - 24 yaşlı danimarkalı tələbədir. Onun qətli üçün 1 milyon dollar mükafat təyin edildi. Niyə? Kimdir Coanna Palani?

Publika.az bildirir ki, Coanna İŞİD-in 100-dən çox döyüşçüsünü öldürüb. O, İŞİD-ə qarşı İraq Kürdüstanının özünümüdafiə gücləri - peşmergə tərəfindən vuruşurdu.

Coanna iran-kürd əsillidir. O, Fars körfəzində müharibə zamanı İraqda qaçqınlar üçün ayrılan düşərgədə doğulub.

Coannanın 2 yaşı olanda ailə döyüş zonasından çıxmağı bacarır. O, ilk dəfə əlinə silahı 9 yaşında ikən götürür. Artıq 2014-cü ildə Danimarkada kolleci atır və Suriyaya yola düşür.

O zaman öz feysbuk səhifəsində qərarını belə izah edirdi ki, "Avropa dəyərləri, qadın hüquqları və demokratiya üçün mübarizə aparmaq lazımdır”.

Tələbə qız əvvəlcə Suriya müxalifətinə qoşulur və Bəşər Əsəd rejiminə qarşı vuruşur. Daha sonra isə o, öz snayper biliklərini İŞİD-ə qarşı yönəldir.

Coanna Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Kobani şəhərində xalq özünümüdafiə dəstələrində vuruşurdu; girovları və seks-qullar kimi götürülən yezid qızlarını azad etməyə kömək edirdi.

Keçmiş tələbə hazırda Daniyada yaşayır, lakin ona daim gizlənmək, öz həyatından ciddi olaraq ehtiyat etmək lazım olur. Hər üç gündən bir o, yerini dəyişir.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi