VATİKANIN İSLAM DÜNYASINI ayağa qaldıran MƏDİNƏ PLANI

Vatikanın İslam dünyasını ayağa qaldıran MƏDİNƏ PLANI

Vatikanın Mədinədə kilsə inşa edəcəyinə dair informasiyalar İslam dünyasında ciddi reaksiyaya səbəb oldu.

Publika.az xəbər verir ki, Vatikandan fransalı kardinal ötən ay Ər-Riyada səfər etdi və Səudiyyə Ərəbistanının kralı Salmanla görüşdü.

Bu səfərdən sonra Misir mediası “Ər-Riyadla Vatikan anlaşdı, Səudiyyə Ərəbistanda kilsə inşa ediləcək” xəbərini yaydı.
Vatikan bu xəbəri təkzib etmədi, lakin daha sonra kilsənin Mədinədə inşa ediləcəyinə dair xəbər də ortaya çıxdı.
Bu xəbərlərin heç biri təsdiqini tapmayıb. Türkiyəli siyasi yazar Taha Dağlı xəbərlərin təsdiq olunmamasının normal olduğunu yazıb.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistan Körfəz ölkələri içində kilsə olmayan yeganə ölkədir: “Bu ölkənin əhalisinin 4 faizi xristianlardır. Kilsənin olmaması Vatikanı həmişə narahat edib. Səudiyyə Ərəbistanının bəlkə də başqa şəhərlərində kilsə inşa oluna bilər. Bu məsələ daha əvvəl də gündəmə gəlmişdi. 2008-ci ildə Papa Benedikt Səudiyyə Ərəbistanında kilsənin inşası məsələsini gündəmə gətirmiş və müzakirə olunmuşdu. Həmin vaxt konkret addım atılmamışdı. Çünki Səudiyyə Ərəbistanında kilsə inşa olunarsa, həmin kilsələrin terror hədəfinə çevrilməsi təhlükəsi var. Həmin vaxt “Əl-Qaidə” terror təşkilatı təhdid də etmişdi. İndi də eyni təhlükələr var”.
T. Dağlı qeyd edir ki, hazırda “Əl-Qaidə”dən daha betər olan İŞİD var.
“İŞİD iki il öncə Ramazan ümrəsində Mədinəyə hücum etmişdi. İndi Mədinədə kilsə inşa olunarsa, terrorçuların hücumuna səbəb olacaq”, - deyə o bildirib.






Fikirlər