Bəşər Əsəd İradə Zeynalovaya CƏNGƏLLİK QANUNLARINDAN danışdı

Suriya prezidenti Bəşər Əsəd bildirib ki, ölkədə növbəti təxribatların qarşısını almaq mümkün deyil, çünki "dünya cəngəllik qanunları ilə yaşayır".

Virtualaz.org ntv.ru saytına istinadən bildirir ki, bunu o, İradə Zeynalovaya müsahibəsində deyib.

Əsəd Suriyada kimyəvi silah tətbiqinin səhnələşdirilməsini təxribat adlandırıb. Onun sözlərinə görə, onların reallıqla heç bir əlaqəsi yoxdur.

"Bu onların şəxsi təxəyyülünün, onların KİV-inin uydurmalarının məhsuludur, hansı ki, onların kütləvi informasiya vasitələrləri vasitəsilə düşünülüb tapılır və sonra internet və başqa media vasitələrilə bütün dünyaya yayılır. Buna görə təxribatların qarşısını almaq" mümkün deyil”, - deyə Suriya prezidenti vurğulayıb.

Əsədin sözlərinə görə, "amerikalılar daim aldadır və dərhal da hücüm edirlər".

Virtualaz.org

 






Fikirlər