"Oğurluq atadan oğula keçir" - Video

"Oğurluq atadan oğula keçir" - VideoAKP-çi nazirlərin övladlarının həbs olunduğu və bir çox siyasətçinin adının keçdiyi qanunsuzluq əməliyyatları sosial şəbəkədə ən vacib gündəm mövzusu olub. Siyasilərin övladlarına qarşı korrpusiya və qanunsuzluq iddialarından sonra Türkiyənin Baş naziri R.T.Ərdoğanın 1994-cü ildə Bələdiyyə sədrliyi Konqresindəki nitqinin videosu “tvitter”i çalxalayıb.
Azertaym.az xəbər verir ki, Ərdoğanın: “Mən bu günə qədər övladından oğurluq öyrənən ata görmədim, eşitmədim. Oğurluq atadan oğula keçər, oğuldan ataya deyil”, - fikrinin işləndiyi video sosial şəbəkədə ən çox paylaşılan videodur. Həmin videonu təqdim edirik:







Fikirlər