Tramp öz işinə QİYMƏT VERDİ

ABŞ prezidenti Donald Tramp dövlət başçısı postunda fəaliyyətini dəyərləndirib.

Oxu.Az xəbər verir ki, o, “Fox News”a müsahibəsində öz işinə 5+ qiymətini verə biləcəyini deyib.

“Fikrimcə, yaxşı işləyirəm. Bundan zəhləm getsə də, edəcəyəm bunu. Özümə 5+ qiymətini verərdim. Kifayətdir? Daha yüksək qiymət verə bilərəm?”, - deyə o vurğulayıb.

Tramp nailiyyətləri sırasında inkişaf edən ABŞ iqtisadiyyatını, habelə Şimali Koreya ilə münasibətlərdəki irəliləyişi qeyd edib.






Fikirlər