FRANSADA KÜTLƏYƏ atəş açıldı - 4 ÖLÜ, 10 YARALI

Fransada kütləyə atəş açıldı

Fransanın Strasburq şəhərində Kleber meydanında qurulan Yeni il bazarında insanlara atəş açılıb.

 “Euronews” xəbər verir ki, hücum nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Hadisədən sonra polis silahlı şəxsin kimliyini dəqiqləşdirib. Onun adı hələlik açıqlanmasa da, 29 yaşında olduğu bildirilir.

Hazırda cinayətkarın tutulması istiqamətində tədbirlər görülür. Almaniyaya qaçma ehtimalına qarşı sərhəd məntəqələrində də nəzarət tədbirləri gücləndirilib.






Fikirlər