FRANSA HAKİMİYYƏTİ Strasburqdakı atışmanı terror aktı KİMİ DƏYƏRLƏNDİRİR

Fransa hakimiyyəti Strasburq şəhərində baş verən atışmanı terror aktı kimi dəyətləndirir.

Trend-in məlumatına görə, Parisin anti-terror bölməsi Strasburqun mərkəzindəki atışma faktı üzrə araşdırmaya başlayıb.

Bundan əlavə, insanlara atəş açan şəxs terrorçuluqda şübhəli bilinənlər siyasına daxil edilib.

Bildirilir ki, hücum edən şəxslə bağlı məlumatlar daxili təhlükəsizlik üzrə baş idarənin kartotekasındadır. Atəş edən şəxs 29 yaşlı Strasburq sakinidir. Polis əməkdaşları cinayətkarın axtarışlarını davam etdirir.






Fikirlər