MƏKKƏDƏ TERROR əməliyyatı: 2 kamikadze özünü partlatdı

Məkkədə terror əməliyyatı: 2 kamikadze özünü partlatdı — VİDEO

Səudiyyə Ərəbistanının Məkkə şəhərində terrorçulara qarşı əməliyyat keçirilib.

Ölkə.Az xəbər verir ki, krallığın təhlükəsizlik qüvvələri terrorçuların qaldığı bir evə əməliyyat həyata keçiriblər.

Evdəki terrorçular polislərə atəş açıblar və atışma baş verib. Atışmada evdəki 2 terrorçunun öldürüldüyü, geridə qalan ikisinin isə ələ keçməmək üçün özlərini partlatdıqları bildirilir.

Məlumata görə, terrorçular İŞİD-in Ərəbistan özəyinin üzvləridir.

 

 






Fikirlər