Rusiya casusluq ittiham ilə tutulan amerikalını ABŞ-ın əlindəki rus casuslarla dəyişmək istəyir

ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman keçən ilin dekabrın 29-da casusluqda ittiham olunaraq həbs edilən və Lefortovo təcridxanasında saxlanılan amerikalı vətəndaş Pol Uilanla görüşüb.

O, bir daha ABŞ adından Rusiya hakimiyyətindən Pol Uilanın azadlığa buraxılmasını istəyib.

Pol Uilanın qardaşı Devid Uilanın sözlərinə görə, ABŞ dəniz piyadalarının keçmiş hərbi qulluqçusu Moskvaya dostunun toyunda iştirak etmək üçün gəlibmiş.

Gələn xəbərlərdə 48 yaşlı Uilanın “BorgWarner” adlı avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan şirkətin beynəlxalq təhlükəsizlik üzrə direktoru vəzifəsini tutduğu qeyd edilir.

Pol Uilan Moskvaya 2007-ci ildən bu yana tez-tez gəlirmiş. Bütün bu müddət ərzində onun rus dilini mükəmməl şəkildə öyrəndiyi də məlum olub.

Картинки по запросу paul whelan butina

“The Washington Post” qəzeti isə keçmiş hərbçinin əvvəlki qulluq yerindən törətdiyi cinayətlərə görə qovulduğunu yazıb.

Sənədlərdə Uilanın 1994-cü ildə dəniz piyadaları korpusuna daxil olduğu göstərilir. O, 2004 və 2006-cı illərdə İraqda da döyüşüb. 2008-ci ildə isə Pol Uilan oğurluq etdiyi üçün ordu sıralarından qovulub.

Rusiya mətbuatı casusluqda ittiham olunan amerikalının günahının sübut edilməsi halında 20 il həbs cəzası gözləyəcəyini bildirir. Ona qarşı Rusiya Cinayət Məcələəsinin 276-cı maddəsi (Casusluq) ilə rəsmi ittiham irəli sürülüb.

ABŞ mətbuatı isə Uilanın həbsini Rusiyanın Qərbdə ələ keçən casuslarına görə intiqam addımı adlandırıb. Media Kremlin P.Uilanı ABŞ-ın əlindəki Mariya Butina ilə casus mübadiləsində istifadə edəcəyini xəbər edib. (musavat.com)

Картинки по запросу paul whelan butina

 






Fikirlər