Tiflisdə etirazlar artır: Parlament binası qarşısında çadırlar quruldu

Tiflisdə etirazçılar parlamentin binası qarşısındakı Rustaveli prospektində bir neçə çadır qurublar.
Modern.az xəbər verir ki, aksiyaçıların bir qismi gecəni prospektdə keçirəcək.
Məlumata görə, binanın bütün girişləri yaxınlığında da çadırlar qurulub.
***

Gürcüstanın parlament binası qarşısında kütləvi aksiya davam edir.

Modern.az "Report"a istinadən xəbər verir ki, binanın önündəki Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.
Aksiyaçılar parlamentin qarşısına dəmir qəfəs gətiriblər. Qəfəsdən hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin fotoşəkli asılıb.
Etirazçılar bildiriblər ki, B.İvanişvili xalqı aldatmaqda davam etsə və vədlərini yerinə yetirməsə, o, belə qəfəsə düşəcək.
Aksiyada həmçinin B.İvanişvilinin fotoşəklinin olduğu müqəvva başıaşağı salladılıb.






Fikirlər