“AKP-ni təkbaşına iqtidara gətirmək üçün çalışacağıq” – Alparslan Türkeşin oğlu

 

1442670173460Baş nazir müavini Tuğrul Türkeş MHP-dən AKP-yə keçməsindən sonra diqqət çəkən bəyanatla gündəmə gəlib.

AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, AKP Ankara Vilayət Şöbəsinin təşkil etdiyi Ankara millət vəkilliyinə namizədlərinin toplantısında 1 noyabr seçkilərinə hazırlıqdan söhbət gedib.

T.Türkeş bildirib ki, 1 noyabr seçkiləri ərəfəsində AKP təkbaşına iqtidar olmaq üçün mübarizə aparacaq. Onun sözlərinə görə, 7 iyun seçkilərindən sonra bəzi partiyalar Türkiyə üçün vacib olan dövrdə məsuliyyət götürmməyə çəkiniblər.

“Madam ki digər siyasi partiyalar hökumət olmaqda istəkli və çalışqan deyildirlər o zaman biz də AKP mənsubları olaraq təkbaşına iqtidara gətirmək üçün 1 noyabr seçkiləri üçün hazırlaşırıq”, – deyə T.Türkeş qeyd edib.






Fikirlər