Ermənistanda koronavirus yayılmaqda DAVAM edir

Ermənistanda koronavirus yayılmaqda davam edir

Ermənistanda son sutka ərzində daha 415 nəfərdə koronavirus aşkarlanıb, 10 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 34 877-yə, virus qurbanlarının sayı isə 641-ə yüksəlib.

Bundan əlavə, indiyədək 23 294 nəfər sağalıb. Ölkədə 10 942 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 10-nun vəziyyəti ağır qiymətləndirilir.






Fikirlər