Gürcüstanda rekord -1 595 yeni yoluxma - 6 nəfər ÖLDÜ...

Gürcüstanda 1 595 yeni yoluxma - 6 nəfər öldü

Son günlər Gürcüstanda koronavirus tüğyan edir. Belə ki, son sutka ərzində ölkədə 1 595 yeni koronavirusa yoluxma faktı aşkarlanıb.

 "AzerTaym.az" bildirir ki, bu qonşu ölkə üçün rekord həddir. Bu günədək Gürcüstanda 22 803 nəfərə COVİD-19 diaqnozu qoyulub.

Ölənlərin sayı isə daha 6 nəfər artaraq 178-ə yüksəlib.

Qeyd edək ki, hazırda Gürcüstanda 13 224 aktiv virus daşıyıcısı var.






Fikirlər