ABŞ-da koronavirusdan bir gündə 4 085 nəfər öldü
Dünya mediası ötən gün ABŞ Konqresinə olan hücuma diqqət verdiyi bir zamanda bu ölkədə koronavirus rekord qırdı. Yenisabah.az xəbər verir ki, "Johns Hopkins" Universitetinin yaydığı məlumata görə, ölkədə ilk dəfə bir gün ərzində 4 085 COVID-19 səbəbilə həyatını itirib. Həmçinin 275 min yeni koronavirus faktı aşkarlanıb. Digər tərəfdən bu günədək ABŞ-da 5,9 milyon insan koronavirus peyvəndi olub. Gündəlik təxminən 600 min civarı insan peyvənd edilir.