Moskvada polislə qarşıdurma oldu, yaralananlar var - FOTOLAR

Moskvada polislə qarşıdurma oldu, yaralananlar var

Moskvada müxalifətçi Aleksey Navalnının həbsinə etiraz olaraq keçirilən mitinq zamanı polislə toqquşmalar baş verib.

“Qafqazinfo”nun TASS-a istinadən məlumatına görə, aksiya iştirakçıları arasında yaralananlar var.

Qarşıdurma zamanı xəsarət alanlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşlarının olub-olmaması hələlik bilinmir.

Qeyd edək ki, Puşkin meydanındakı aksiyada 4 minədək insanın iştirak etdiyi bildirilir. 

 




 






Fikirlər